Anews.az Redaktor.az-a istinadən xəbər verir ki, ölkədə olduqca sevilən 35 yaşlı aktyor bu gün səhər saatlarında hipotenziya (Təzyiqin aşağı düşməsi) səbəbiylə həyatını itirib.
Yaxınları aktyorla əlaqə qura bilmədiyi üçün polisə məlumat verib. Polis onun cəsədini evində tapıb. Aktyorun ölümü ölkədə dərin hüznlə qarşılanıb. Onun Qahirədəki evinin qarşısında izdiham yaşanır.
Qeyd edək ki, 2006-cı ildə filmlərdə rol almağa başlayan aktyor, ərəb ölkələrində böyük maraqla izlənilən "Təlxək" , "Xəzinə" və digər filmlərdə oynadığı rollarla nüfuz qazanıb.
Heysem Əhməd Zəki ərəb dünyasında "qaraşın gənc" ləqəbi ilə tanınan mərhum məşhur aktyor Əhməd Zəkinin oğludur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !