Son iyirmi ildə 25 min cinayətkar qrup zərərsizləşdirilib

13:21 | 02.07.2024
Son iyirmi ildə 25 min cinayətkar qrup zərərsizləşdirilib

Son iyirmi ildə 25 min cinayətkar qrup zərərsizləşdirilib

Son iyirmi il ərzində Azərbaycanda 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin "Polis Günü"nə həsr olunan müşavirədə məlumat verilib.  

"Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb", - məlumatda deyilir.
 
Bundan əvvəl  Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov bildirib ki, 2023-cü il Bakı ərazisində 26 cinayətkar qrup müəyyən olunub. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM