Yanğın zamanı təhsil sənədləri məhv olanlarla bağlı da müvafiq tapşırıqlar verilib
"Bu il Azərbaycanda "Son zəng"in keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin məktəblərə tövsiyəsi ondan ibarət olub ki, tədris həftəsi beş günlük olan məktəblərdə tədbirlər mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunsun. Həmin tədbirlər məktəb ərazisində keçirilsin".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O, Bakının Binəqədi rayonunda binada baş verən yanğınla bağlı danışarkən isə xatırladıb ki, bu hadisə ilə bağlı qərargah yaradılıb: "Prosesdə Təhsil Nazirliyinin nümayəndəsi də iştirak edir. Həmin binada yaşayan bütün sakinlər - təhsil sahəsində çalışanlar, tələbələr, şagirdlər barədə məlumatlar əldə edilib. Onların özləri və təhsil müəssisələri ilə əlaqə saxlanılıb. Yanğın zamanı təhsil sənədləri məhv olanlarla bağlı da müvafiq tapşırıqlar verilib və onların hər biri yaxın zamanlarda bərpa olunacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !