Dünən ölkəmizdə ilin axır çərşənbələrindən ikincisi - "Od çərşənbəsi" qeyd olundu.
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - "Od çərşənbəsi" Bakının qədim məhəllələrindən biri olan "Sovetski"də də böyük həvəslə qeyd olundu. Ocaqlar qalandı, tonqallara atəş verildi və balacadan-böyüyə hər kəs - Novruz Bayramının, təzə günün, təzə nəfəsin gəlişini qarşılamağa çıxdılar.
Odun, tonqalın yandırılmasını həmin ilin isti, bərəkətli keçməsinə işarə olduğunu bilən "sovetski"lilər anlayırdılar ki, bu, öz doğma küçələrində keçirdikləri sonuncu çərşənbələrdir və yeni mənzillərinin də isti, hərarət dolu olması niyyəti ilə günü başa vururdular.
ANN.Az "Sovetski" sakinlərinin öz doğma məhəllələrində keçirdikləri sonuncu ilaxır çərşənbələrinin necə keçirilməsini əks etdirən videonu və fotosessiyanı təqdim edir:
Fotoların müəllifi: Fərqanə Novruzova
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !