• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Teymur Rəcəbov: Dünya Kubokunda zəif rəqib yoxdur

Teymur Rəcəbov: Dünya Kubokunda zəif rəqib yoxdur
14.09.2015 09:39
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən Dünya Kubokunun ilk mərhələsində qələbə qazanıb.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şahmatçımız ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanı mübarizədən kənarlaşdırıb. İlk iki oyunda heç-heçə edən Rəcəbov rəqibini tay-brekin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Qələbədən sonra Teymur Rəcəbov təəssüratlarını bildirib: "İlk görüşdə kifayət qədər yaxşı şahmatçıya qarşı oynadım. ABŞ-ın tarixində ən gənc qrossmeyster olan istedadlı şahmatçıyla mübarizə apardım. Heç-heçəylə başa çatan görüşlər çətin alındı. Hərçənd ilk görüşdə yaxşı üstünlüyə malik idim. Rəqib həmin partiyada çətin vəziyyətdən çıxmağı bacardı. Qələbə qazanmaq üçün imkanım böyük idi. İkinci görüşdə isə həmkarım heç-heçəyə oynayırdı. Belədə ümumi nəticə bərabər olduğu üçün qalibi tay-brekdə müəyyənləşdirməli olduq. Tay-brekdə lazımi nəticəni qazandım. Dünya Kuboku üçün tay-brek normal haldır. Bəzi görüşlərdə duelin taleyi məhz tay-brekdə həll olunur".

Rəcəbov eyni zamanda Bakıda keçirilən Dünya Kubokunun iştirakçılar baxımından ən güclü olduğunu bildirib: "Dünya Kubokunda zəif rəqib yoxdur. Bütün şahmatçılar paytaxtımıza uğur qazanmaq üçün gəlib. Rəqabət çox yüksəkdir. Bakıdakı yarış Dünya Kuboku tarixində ən güclüdür. Hər bir şahmatçımız mümkün qədər yaxşı çıxış etməyə çalışır. Məqsədim hər mərhələni keçməkdir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
İdman 22:38
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
"Şelburn" - "Qarabağ" oyununa bütün biletlər satılıb
İdman 14:01
"Şelburn" - "Qarabağ" oyununa bütün biletlər satılıb
"Qarabağ"dan daha bir transfer
İdman 21:53
"Qarabağ"dan daha bir transfer
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
İdman 23:58
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
İdman 17:51
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
İdman 08:38
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol