• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"

29.05.2020 01:34
Azərbaycanın paytaxtında iyun ayında keçiriləcək "Formula-1" Avropa Qran Pri-sində Baku City Circuit trası dünyada bütün şəhər trasları arasında ən sürətlisi olacaq. Bunu German Tilke Baku City şirkətinin saytında yerləşdirilən müsahibəsində deyib. Qeyd edək ki, məhz onun layihələri əsasında "Formula-1"in əksər trasları qurulur.

Lyihəçinin sözlərinə görə Bakı şəhər trası digər traslardan bir çox amillərə görə fərqlənir: "Bu, dünyada ən sürətli şəhər trası olacaq. Bu trass şəhərin tarixi mərkəzi ətrafında qurulub ki, bu da istər tribunalarda əyləşən, istərsə də evlərində "Formula-1" i seyr edənlər və sevənlər üçün təkrarolunmaz maraqlı bir atmosfer yaradacaq".

Tilkenin sözlərinə görə, Bakıdakı "Formula-1" trası nadirdir: "Bakı mərhələsi təqvimdə ən həyacanlı mərhələlərdən biri olacaq. Əlbəttə, Bakıdakı trası digər traslarla müqayisə etmək olmaz, çünki şəhərin içində qurulub. Bununla yanaşı, digər şəhər traslarından fərqlənir. Bizim hesablamalara görə, bir dairəni keçmə müddəti təxminən 1 dəqiqə 41 saniyə təşkil edəcək, lakin əlbəttə ki, bu, yarışçıların hazırlığından asılı olacaq. Trasda ən mürəkkəb döngələrdən biri 8-ci olacaq, burada maksimum sürət saatda 204 kilometr olacaq. 8-ci ilə 9-cu döngələr arasındakı məntəqədə minumum sürətin saatda 86 kilometr olacağı gözlənilir".

Onun sözlərinə görə, bu tras tarixi və müasir Bakı arasında ahəngdarlığı nümayiş etdirmək üçün məxsusi qurulub.

Xatırladaq ki, "Formula-1" Avropa Qran Prisi Bakıda 2016-cı il iyunun 17-19 da keçiriləcək. //trend.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol