• $
  • €
  • ₽
  • ₺
  • £

İranlı baş məşqçi: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar"

İranlı baş məşqçi: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar"
29.05.2020 00:17
Azərbaycan yığmasının üzvləri cəbhədə baş verənlərdən danışıblar

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri son günlər cəbhə xəttində baş verənlərə münasibət bildiriblər. "Report"un məlumatına görə, baş məşqçi Cəmşid Xeyrəbadi ermənilərlə döyüşlərdə şəhid olanlara rəhmət, əzizlərinə və Azərbaycan xalqına başsağlığı verib. 

O deyib: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar". 

Güləşçi Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb: "Qardaşlarımız cəbhədə şəhid olub, yaralananlar var. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olub". 

Onun komanda yoldaşı Kamran Məmmədov isə cəbhədə Azərbaycan ordusunun üstünlük əldə etməsinin hamıya böyük ruh yüksəkliyi verdiyini söyləyib. O, şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, səbr diləyib: "İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Şuşaya, Xankəndiyə sancılacaq". 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol