İspaniya Gürcüstana uduzdu

İspaniya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Visente del Boskenin komandası Gürcüstan millisi ilə qüvvəsini sınayıb.
Oyunda gözlənilməz nəticə qeydə alınıb. Son Avropa çempionu Gürcüstana uduzub – 0:1. Qarşılaşmada yaganə qolu 40-cı dəqiqədə Tornike Okriashvili vurub.
Qeyd edək ki, ispanlar "Avro-2016”da ilk oyununu iyunun 13-də Çexiyaya qarşı keçirəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 