• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olundu

Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olundu
01.12.2016 13:59
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib.

30 noyabr 2016-cı il tarixdə Cibuti Respublikasının Prezidenti cənab İsmail Ömər Qelle ilə görüşən "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti mehriban və səmimi qəbula görə öz dərin təşəkkürünü bildirərək, "Azərbaycan Hava Yolları" haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.

Cibuti Respublikasının Prezidenti İ.Ö.Qelle, öz növbəsində, Cahangir Əsgərovu salamlayaraq, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin Prezident İ.Ömar Qelle Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.

Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirmişdir.

Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutmuş və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunmuşdur.

Bundan əlavə, "Azərbaycan Hava Yolları” ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. İmzalama mərasimindən sonra şirkət rəhbərləri mətbuata açıqlama vermişlər.

Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı - Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda Azərbaycan- Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilmişdir.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol