Ramil Quliyev növbəti qızıl medalını qazandı - VIDEO
![Ramil Quliyev növbəti qızıl medalını qazandı - VIDEO Ramil Quliyev növbəti qızıl medalını qazandı - VIDEO](https://anews.az/photo/850x500/2017-08/1503250819_ramil-quliyev-add-add.jpeg)
Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev növbəti uğurunu qazanıb.
"Qafqazinfo” xəbər verir ki, Quliyev Böyük Britaniyanın Birmingem şəhərində keçirilən "Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda hamıdan sürətli olub.
20,17 saniyə nəticə göstərən Ramil qızıl medal qazanıb.
İkinci yerdə ABŞ idmançısı Amir Uebb (20,26 saniyə), üçüncü yerdə isə kanadalı Aaron Braun (20,30 saniyə) yer alıb.
Qeyd edək ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da qızıl medal qazanmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)