Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO
![Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO](https://anews.az/photo/850x500/2019-06/1561655802_dd.jpg)
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində həlledici görüşlər keçirilib.
Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Hacı Əliyev finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşüb.
Üçqat dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmaya inamlı başlayıb. O, ilk hissəni 5:0 hesabı ilə bitirib. Təmsilçimiz ikinci yarıda da üstünlüyünü əldən verməyib və 2016-cı ildə iki dəfə uduzduğu Olimpiya, dünya, həmçinin Avropa çempionuna 10:2 hesabı ilə qalib gələrək, Avropa Oyunlarının qızıl mükafatını qazanıb.
H.Əliyevin medalı sərbəst güləş millimizin Minsk-2019-da beşinci mükafatı olub. Onadək Mahir Əmiraslanov (-57 kq) qızıl, zədə səbəbindən bugünkü finala çıxa bilməyən Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq), Camaləddin Məhəmmədov (-125 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının 16-cı medalı olub. İdmançılarımız 2 qızıl, 5 gümüş və 9 bürünc mükafat qazanıblar.
![](https://anews.az/file/articles/2019-06/1561655767_x3.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655734_x1.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655796_x5.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655802_dd.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655774_x4.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655771_x6.jpg)
![](https://anews.az/file/articles/2019-06/1561655747_x2.jpg)
www.anews.az

Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)