"Barselona"nın prezidenti: "Atletiko" Ardanı satmaz"

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu "Atletiko"nun futbolçusu Arda Turanı transfer etmək istədikləri ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, türk yarımmüdafiəçi ilə maraqlanmadıqlarını deyərək bu xəbərləri təkzib edib:
"Arda çox yaxşı futbolçudur. Bu mövsüm göstərdiyi oyunla bunu bir daha sübut etdi. Ancaq "Atletiko" onu satmaz. Bizim də Arda Turan üçün Madrid təmsilçisinin nümayəndələri ilə heç bir danışığımız olmayıb".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















