"Real Madrid" ulduz futbolçu transfer edəcəkmi?

"Real"ın prezidenti Florentino Perez klubun transfer planlarından bəhs edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu yay ulduz futbolçu transfer etməyəcəklərini deyib:
"Heyətimizi gücləndirməyə davam edəcəyik. Ancaq futbol dünyasında demək olar ki, ulduz futbolçu qalmayıb. Hamısı "Real"dadır".
F.Perez onu da bildirib ki, komandanın oyunçularından heç kəsi satmaq fikirləri yoxdur:
"Ancaq futbolda hər şey ola bilər. Ötən il gözlənilmədən Məsut Özili "Arsenal"a satdıq".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















