• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO

“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO
18.02.2022 14:52
Fransanın "Marsel" klubunun Azərbaycanın "Qarabağ” komandasını qəbul etdiyi "Velodrom” stadionundakı matç zamanı ölkənin erməni icması təxribat xarakterli aksiya keçirib,  bu barədə məlumatı "ARF New Generation" "Facebook" səhifəsi yayıb. Aksiya iştirakçıları Ermənistanın "Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələri olub.


Oyun zamanı ermənilər Ermənistan və separatçı "Dağlıq Qarabağ”ın bayrağını qaldırıb, həmçinin əllərində "Artsax Ermənistandır” yazılmış plakatlar tutublar.


Fransa erməniləri sosial şəbəkələrdə yazır ki, bu, sadəcə, futbol oyunu deyil, Azərbaycan hakimiyyətinə və "Qarabağ” komandasına qarşı fləşmobdur.
Bəzi fəallar həmyerliləri də oyuna dəvət ediblər. 


Artıq "Qarabağ" məsələ ilə bağlı UEFA-ya etirazını çatdırıb. Bu barədə klubun mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında bildirib.


"Biz oyun ərzində və oyundan sonra UEFA nümayəndəsinə şifahi etirazımızı bildirdik. Bizə qarşı təxribat cəhdləri ilə bağlı quruma şikayətimizi yazılı şəkildə də ünvanlayacağıq".  


Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bunu nəzərə alan "Qarabağ" oyundan öncə mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.


Oyun "Marsel"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
//
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO
İdman 14:52
“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO
Azərbaycan millisi karantin qaydalarını pozub - VİDEO
İdman 05:22
Azərbaycan millisi karantin qaydalarını pozub - VİDEO
Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi - ŞOK VİDEO
İdman 22:19
Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi - ŞOK VİDEO
İdman 01:00
"Arsenal" və azərbaycanlı azarkeşlər arasında qarşıdurma - VİDEO
Şahmat millimizin erməniləri məğlub etdiyi an - VİDEO
İdman 12:54
Şahmat millimizin erməniləri məğlub etdiyi an - VİDEO
İdman 23:53
"Messi, mən səni sevirəm" - 87 yaşlı azərbaycanlı nənə - VİDEO
Qurban Qurbanovla
İdman 09:49
Qurban Qurbanovla "Qarabağ"ın futbolçusu arasında münaqişə - VIDEO
Ramil Quliyev növbəti qızıl medalını qazandı  - VIDEO
İdman 21:43
Ramil Quliyev növbəti qızıl medalını qazandı - VIDEO
“Qarabağ”ın oyununda Azərbaycana qarşı təxribat – VİDEO
İdman 10:50
“Qarabağ”ın oyununda Azərbaycana qarşı təxribat – VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol