Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb
![Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb](https://anews.az/photo/850x500/2022-11/1668753555_d77729c1-99cb-3131-9011-63fc5910fbe4_850.jpg)
Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib.
Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı.
Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər