• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR

Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
09.12.2022 21:43
Xorvatiya penaltilər seriyasında Braziliyanı 4:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.
 
2022-ci il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Braziliya və Xorvatiya yığmaları arasında keçirilən oyun başa çatıb. Əl-Rayyandakı "Şəhər stadionu”nda keçirilən görüş penaltilər seriyasından sonra xorvatların qələbəsi ilə yekunlaşıb.
 


Əsas vaxtda komandalar hesab aça bilməyib. Braziliya yığmasının hücumçusu Neymar matçın əlavə vaxtında ilk qolu vurub. Artıq ikinci əlavə hissənin sonunda xorvatiyalı Bruno Petkoviç hesabı bərabərləşdirib və görüşü penaltilər seriyasına çevirib. 
 


Xorvatiyalı futbolçular uu gün Bakı  vaxtı ilə saat 23:00-da keçiriləcək Argentina - Hollandiya matçının qalibi ilə qarşılaşacaq. 

Digər 1/4 finalda Mərakeş Portuqaliya, Fransa isə İngiltərə yığması ilə qarşılaşacaq.
 


Qətərdə keçirilən dünya çempionatı noyabrın 20-də başlayıb və dekabrın 18-dək davam edəcək.

N.Təbrizli
 
22.50 
________
Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.
 
Matçın 117-ci dəqiqəsində Xorvatiya millisinin üzvü Bruno Petkoviç hesabı bərabərləşdirib.
 

_______ 
Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
 
Modern.az xəbər verir ki, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib.
 
 
19:05
________
 
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya və Braziliya yığmaları arasında oyun başlayıb.
 
Modern.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
 
***
17:40
 
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri məlum olub.
 
Modern.az-ın xəbərinə görə, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
 
Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç
 
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
7 ildir yeriyə bilməyən idmançı -
Cəmiyyət 14:36
7 ildir yeriyə bilməyən idmançı - "Nə federasiya, nə də nazirlik mənə sahib çıxır.."
Uşaq sığınacağı -Reinteqrasiya mərkəzinin uşaqları və müəllim heyəti  Uels-İsveçrə matçını canlı izləyiblər - FOTOLAR
Cəmiyyət 12:59
Uşaq sığınacağı -Reinteqrasiya mərkəzinin uşaqları və müəllim heyəti Uels-İsveçrə matçını canlı izləyiblər - FOTOLAR
Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO
İdman 06:52
Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO
Rövnəq Abdullayev nəvələri ilə - Fotolar
İdman 21:10
Rövnəq Abdullayev nəvələri ilə - Fotolar
““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı
İdman 23:41
““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı
Prezident və ailəsi mükafatlandırılma mərasimində - FOTOLAR
İdman 23:53
Prezident və ailəsi mükafatlandırılma mərasimində - FOTOLAR
Avropa Liqası: “Qarabağ” - “Tottenhem” - 0:1 - FOTOLAR
İdman 09:40
Avropa Liqası: “Qarabağ” - “Tottenhem” - 0:1 - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol