Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək
![Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək](https://anews.az/photo/850x500/2023-01/1674043011_8f72f5b4-ed64-36e1-b440-1921d9629357_850.jpg)
Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.
Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.
Şahmatçıların hazırlığı fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)