• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - Video

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - Video
27.07.2024 02:13
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi Olimpiya məşəlinin alovlanması ilə başa çatıb.

Fransa Prezidenti Emmanuel Makron Olimpiadanın açılışını elan edib.
 
Olimpiadanın məşəlini atletika üzrə üçqat olimpiya çempionu Mari-Xose Perek və cüdo üzrə üçqat olimpiya çempionu Teddi Riner alovlandırıb. Olimpiya məşəli Parisin üzərində nəhəng bir şarla qalxıb.
 
 ***

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
 
Tədbir Sena çayının ətrafında baş tutur.Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.

Açılışı təxminən 300 min tamaşaçı izləyir.İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
İdman 01:50
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol