• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Dinamo”ya qarşı intizamlı oyun nümayiş etdirəcəyimizə inanıram Qurban Qurbanov

“Dinamo”ya qarşı intizamlı oyun nümayiş etdirəcəyimizə inanıram Qurban Qurbanov
19.08.2024 23:31
Oyun hər iki komanda üçün çox vacibdir. Bu matçda da əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada "Dinamo” klubuna qarşı keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis komandada bir neçə itkinin olmasına baxmayaraq, futbolçuların oyuna yaxşı hazırlaşdığını bildirib:
"İntizamlı oyun nümayiş etdirəcəyimizə inanıram. İstəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq. Mərhələ adladıqca daha ciddi rəqiblərlə üzləşirik. Həyəcan və məsuliyyət daha da artır. "Dinamo”nun avrokubok təcrübəsi çoxdur. Belə bir rəqibə qarşı oynamaq bizim üçün də xoş və maraqlı olacaq. Xorvatiya klubunun azarkeş dəstəyi çox olacaq. Ona görə də olduqca səliqəli oynamalıyıq”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
İdman 01:50
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol