Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
![Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib](https://anews.az/photo/850x500/2024-08/1724874526_1724873018.66cf76d84832b66cf76d84832c172487240866cf76d84832966cf76d84832a.jpg)
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.
www.anews.az
Mərasimdə Azərbaycan millisinin bayraqdarları parataekvondoçu İmaməddin Xəlilov və paratlet Lamiyə Vəliyeva olub.
Azərbaycan yarışlarda 7 növdə 19 idmançı ilə təmsil olunacaq:
Parataekvondoçular: Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq),
Paraüzgüçülər: Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov,
Paracüdoçular: Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış),
Paraatıcılar: Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)