• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qurban Qurbanovun oyun sonrası şərhi

Qurban  Qurbanovun oyun sonrası şərhi
03.10.2024 23:23

"Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu.Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Malmö"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis matçın nəticəsi ilə bağlı bunları söyləyib:

"Əfsus ki, məğlub olduq. Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik. İkinci hissədə erkən qol buraxdıq. Bu bir qədər təsir etdi. Rəqibi təbrik edirəm".

Baş məşqçi heç vaxt həvəsdən düşmədiklərini söyləyib:

"Deməzdim komanda həvəsdən düşüb. Elə bir vaxtdır ki, bəlkə də psixoloji yorğunluq var. Heç vaxt həvəsdən düşməmişik. Müəyyən reallıqları qəbul etməliyik. Daha yaxşı oynaya bilərik. Belə oyunlarda həddindən artıq motivasiya olmalıdır. Düşünürəm ki, "Malmö" ilə oyundan sonra futbolçular da bunu bir daha anladılar. İnanıram ki, bu oyunun bizə faydası olacaq".

O, heyətdəki qapıçıların oyununa da toxunub:

"Qapıçılarla bağlı düşünəcək bir şey yoxdur. Onların hansı çempionatdan gəldiklərini nəzərə alsaq hər ikisinin bacarığı, böyük potensialları olduğunu deyə bilərəm. Şahruddin Məhəmmədəliyevin kollektivlə məşq üçün bir qədər vaxta ehtiyacı var. Düşünürəm ki qarşıdakı günlərdə daha da yaxşı olacaq. İndi ediləcək nəsə yoxdur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
İdman 01:50
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol