Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub - Yenilənib

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
***
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
***
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Ukrayna: Anatoliy Trubin, Yefim Konoplya, Vitaliy, Mikolenko, Nikolay Matviyenko (k), İlya Zabarnıy, Aleksey Quçulyak, Ruslan Malinovskiy, Yeqor Yarmolyuk, Oleq Oçeretko, Artyom Dovbik
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Anatoli Nuriyev, Emin Mahmudov (k), Abbas Hüseynov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybullayev, Nəriman Axundzadə.
Ukrayna - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Son xəbərlər
Daha çox 