Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - Video

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.
Gəncə Stadionunda təşkil olunan tədbir bədii hissə ilə başlayıb.
Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.
Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb.
III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri – Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















