“Qarabağ” “Çelsi”yə qarşı - Canlı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçı başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia
Matç bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.