Əliyar Ağayev cəzalandırılıb
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev cəzalandırılıb.Bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, penalti epizodlarında matçı davam etdirən təcrübəli FIFA referisi mövsümün növbəti beş turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.
Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.
Bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.