• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

İkiqat dünya çempionumuzdan yeni müqavilə

İkiqat dünya çempionumuzdan yeni müqavilə
22.11.2013 15:12

Azərbaycanın boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov “Baku Fires” klubuna 2014-cü ilin yanvarında qoşulacaq. 

Lent. az-ın məlumatına görə, bu barədə jurnalistlərə klubun baş direktoru Rizvan Gənciyev açıqlama verib.

O bildirib ki, ötən ay Qazaxıstanın Almatı şəhərindəki dünya çempionatında növbəti qızıl medalı qazandıqdan sonra Məcidov istirahətə buraxılıb. Digər tərəfdən, boksçumuz gələn ilin mayında başlanacaq APB (AİBA Peşəkar Boks) versiyası üzrə döyüşlər üçün müqavilə bağlayıb. Gənciyevin sözlərinə görə, ikiqat dünya çempionumuzun bu addımı onun “Baku Fires”in heyətndə iştirakına maneçilik törətməyəcək. Klub rəsmisi WSB Liqasının daha böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu liqada 10 çəki dərəcəsi üzrə reytinq siyahısında ilk 3 yeri tutanlara 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya veriləcək. APB-də isə il ərzində 1-2 döyüş olacaq. Düzdür, bu versiya da lisenziya xarakterlidir. Amma orada lisenziya qaydaları hələ tam dəqiqləşməyib”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 2011 və 2013-cü il dünya çempionatlarının, builki Avropa çempionatının qalibi, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İslandiyaya məğlub olub - Yenilənib
İdman 22:56
Azərbaycan İslandiyaya məğlub olub - Yenilənib
Türkiyədə 100-dən çox futbolçu mərc oyunlarına görə cəzalandırılıb
İdman 17:22
Türkiyədə 100-dən çox futbolçu mərc oyunlarına görə cəzalandırılıb
Ilham Əliyev dünya çempionatından danışıb
İdman 16:30
Ilham Əliyev dünya çempionatından danışıb
World Cup 2026 qualifiers: Azerbaijan face Iceland tonight
İdman 14:00
World Cup 2026 qualifiers: Azerbaijan face Iceland tonight
DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq
İdman 09:04
DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq
Azərbaycan karateçisi İslamiadanın qalibi olub
İdman 21:00
Azərbaycan karateçisi İslamiadanın qalibi olub
Azərbaycan - İslandiya oyununun hakimləri açıqlanıb
İdman 16:07
Azərbaycan - İslandiya oyununun hakimləri açıqlanıb
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
İdman 00:05
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb
İdman 18:33
Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol