"Ardanın oyun üslübuna heyranam"

"Atletiko"nun prezidenti Enrike Sereso komandanın futbolçusu Arda Turan haqda müsbət fikirlər səsləndirib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, o, türk yarımmüdafiəçini futbol dahisi adlandırıb. Bildirib ki, Ardanın futbolçu karyerasını "Atletiko"da başa vurmasını istəyir:"Arda mükəmməl futbolçudur. Ona həm də dost kimi böyük hörmətim var. Onun oyun üslübuna heyranam. Əgər Arda meydandadırsa, həmin oyun maraqlı olur. Azarkeşlər də onun oyununu və xarakterini bəyənir. Ardanın futbolçu karyerasını "Atletiko"da başa vurmasını istəyirəm. Düşünürəm ki, o da burada oynamaqdan məmnundur".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























