Mourinyo: "O, "Çelsi" tarixinin ən yaxşılarındandır"

Joze Mourinyo "Aston Villa" ilə qarşılaşmada qalibiyyət qolunu vuran İvanoviçə təriflər yağdırıb.
ANN.Az goal.com-a istinadən xəbər verir ki, İngiltərə çempionatında böyük üstünlüyü əlində saxlayan "Çelsi" bu həftə "Aston Villa"nı 2-1 hesabı ilə məğlub etməyi bacarmış və qalibiyyət qolunu Branislav İvanoviç vurmuşdu.
Serb oyunçu İvanoviç haqqında danışan Mourinyo belə deyib: "Məncə İvanoviç, klub tarixinin ən yaxşı transferləri arasındadır". Mourinyo bildirib ki, "Eden Hazard-la İvanoviç kimi oyunçuların bir araya gəlməsi "Çelsi" üçün çox uğurlu olub."
Xatırladaq ki, 30 yaşındakı İvanoviç 2008-ci ildə Lokomotiv Moskvadan 9 milyon sterlinq qarşılığında transfer edilmişdi.
Bu mövsüm liqada 24 oyunda iştirak edən İvanoviç, Çelsi formasını cəmi 301 dəfə geyinib. İvanoviç klubda 1 liqa, 1 Çempionlar Liqası və 1 Avropa Liqası çempionluğu yaşayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 