• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Sürücülərə xoş xəbər

Sürücülərə xoş xəbər
29.05.2020 07:25
Azərbaycanda sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar yüngülləşdirilir.Trend xəbər verir ki, Milli Məclisdə "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi qəbul edilib.Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən, indiyə qədər xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 150 manat cərimə nəzərdə tutulurdu. Dəyişiklikdən sonra bu cəza 50 manat təşkil edəcək.Həmçinin Məcəlləyə əlavə edilən 391.1-1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.Məcəllənin 410-1.1-ci maddəsinin isə aşağıdakı redaksiyada verilməsi təklif olunur: "Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1-ci, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir".Bundan əlavə, 410-1.8-ci maddəyə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq, nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
DYP-dən piyadalara çağırış
Cəmiyyət 11:46
DYP-dən piyadalara çağırış
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Cəmiyyət 10:43
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Cəmiyyət 10:30
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Çaylarda sululuq artıb
Cəmiyyət 10:08
Çaylarda sululuq artıb
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Cəmiyyət 09:05
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Cəmiyyət 08:51
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Cəmiyyət 17:45
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol