Sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "France-Press"ə müsahibəsində danışıb.
"Ümumiyyətlə, Yer kürəsinin istənilən yerində müqavilə çərçivəsində həll olunmayan münaqişəli vəziyyət varsa, istənilən vaxt müharibə ola bilər. Əlbəttə ki, müxtəlif ehtimal miqyası var, lakin bu, bir qayda olaraq, nəzərə alınmalıdır", - Paşinyan bildirib.
"Əslində bir müddət əvvəl hansısa formada mövcud olduğunu güman etdiyimiz dünya nizamı indi görürük ki, ümumiyyətlə, mövcud deyil. Azərbaycanla Ermənistan arasında hərbi balansın pozulmasınında rolu var. Sözün əsl mənasında hər gün Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması halları baş verir. Baş nazir olduğum 5 ildən çox müddət ərzində bəlkə bir, iki, maksimum üç gün olub ki, atəşkəs pozulmasın".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !