(Ermənistan tərəfinin açıqlaması əlavə olunub)
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək. Bu barədə TASS agentliyi öz mənbələrinə istinadan yazıb.
Ermənistan Müdafiə Nazirliyi Sülhməramlıların Qarabağdan çıxarılmasını müzakirə etmək üçün Rusiya müdafiə departamentinin nümayəndə heyətinin İrəvana gözlənilən səfəri ilə bağlı məlumatı təkzib edib.
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.
Son günlər mətbuatda Qarabağda yerləşən sülhməramlıların oranı tərk etməsi ilə bağlı xəbərlər yayılır. Bununla bağlı hər hansı təsdiq edilən məlumatlar yoxdur.
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !