Şumaxerdə infeksiya tapıldı

22:30 | 12.02.2014
Şumaxerdə infeksiya tapıldı

Şumaxerdə infeksiya tapıldı

Fransadakı həkimlər "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerə ağciyər infeksiyası diaqnozu qoyublar.Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, iltihabın qarşısını tezliklə almaq üçün M.Şumaxerə hazırda antibiotiklər vurulur.Məlumata görə, idmançının komadan çıxarılması prosesinin dayandırılıb-dayandırılmadığı hələ məlum deyil.Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə-beyin travması alıb. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd edib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti