"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Bu, Andrey Popoviç daha əvvəl 2011-2012 və 2014-2015-ci illərdə də "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub. Onun son klubu Ukrayna LNZ-si olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !