Sumqayıt kitabsevərlərinə ŞAD XƏBƏR

12:51 | 21.11.2013
Sumqayıt kitabsevərlərinə ŞAD XƏBƏR

Sumqayıt kitabsevərlərinə ŞAD XƏBƏR

Noyabrın 24-də Sumqayıtda kitab yarmarkası keçiriləcək.  

ANN.Az xəbər verir ki, yarmarka Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində baş tutacaq. Burada “Zero” nəşriyyatında çap olunan Frans Kafkanın, Luis Borxesin, Somerset Moemin,  Rövşən Yerfinin hekayələr,  Umberto Ekonun esselər, Həmid Herisçinin “Portretlər”  və Şərif Ağayarın şeirlər kitabları sumqayıtlılara təqdim olunacaq. Qeyd edək ki, yarmarkada kitablar endirimli qiymətlərlə satılacaq.  

Kitabsevərlər Həmid Hersçinin "Portretlər"ini 5 manata, digərlərinin hər birini isə  2 manata əldə edə bilərlər. Yarmarkada yazar Şərif Ağayar, Zahir Əzəmət və nəşriyyatın kollektivi iştirak edəcək.

Yarmarka saat 15:00-da başlayacaq. Ünvan: Sumqayıt şəhəri, 17-ci mikrorayon, Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzinin ofisi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb