• $
  • €
  • ₽
  • ₺
  • £

Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum

Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
08.05.2025 07:17

ABŞ Prezidenti Donald Tramp ABŞ xaricində çəkilmiş bütün bədii filmlərə 100% gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. O, bu qərarın Hollivudu “xilas etmək” üçün verildiyini bildirib.

“Amerika film sənayesi sürətlə çökür və biz onu qorumağa borcluyuq”,  - Tramp bildirib.

Tramp bəyan edib ki, xaricdə çəkilən filmlər “təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik üçün təhdiddir”, çünki onlar “ideoloji təsir vasitəsidir”.

Yeni rüsum qərarı bir çox böyük layihələrə zərbə vuracaq. 2025-ci ildə ekranlara çıxması gözlənilən "Minecraft", “Ən mümkünsüz missiya 8” və “Yura dövrünün dirçəlişi” filmlərinin əsas çəkilişləri Böyük Britaniya, Kanada və İtaliyada aparılıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu addım ABŞ kino sənayesinə ciddi zərbə vura bilər.

Roth Capital Partners-in məlumatına görə, Netflix kontentinin 75%-dən çoxu xaricdə istehsal olunur.

Eyni zamanda Trampa yaxın olan aktyorların layihələri də risk altındadır — Mel Gibsonun yeni filmi İtaliyada çəkiləcək.

Wall Street Journal isə bu qərarın ABŞ iqtisadiyyatına və Hollivudun beynəlxalq mövqelərinə zərər verəcəyini bildirərək yazır ki,  “bu rüsumlar sənayeni çökdürə və qiymətləri artıra bilər”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol