• $
  • €
  • ₽
  • ₺
  • £

AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub

AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub
19.06.2025 14:25

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı baş tutub. Ölkə bu nüfuzlu beynəlxalq incəsənət tədbirində ilk dəfə təmsil olunur.

Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təqdim edilir. Layihə insanın təbiətlə dərin bağlarını müasir incəsənət və ekoloji yanaşma vasitəsilə tədqiq edir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi Leyla Əliyeva iqlim dəyişikliyinin doğurduğu problemlərə toxunaraq, təbiətlə yenidən bağ qurmağın və incəsənətin bu prosesdəki rolunun əhəmiyyətini vurğulayıb.

 “Təbiət bizim evimizdir. İncəsənət, gözəllik və qadın duyumu ilə onun ritmini yenidən hiss edə bilərik”,  - o bildirib.

Layihə daha əvvəl Bakı, Bəhreyn və Romada uğurla təqdim olunub. 

Biennalenin direktoru Viktoriya Broaks Azərbaycan pavilyonunun şeiriliyi və ekoloji mesaja verdiyi bədii cavabı yüksək qiymətləndirib. Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, lord Con Alderdays isə mədəni mübadilə və ekoloji dialoqun dayanıqlı gələcək üçün vacibliyini qeyd edib.

Tədbir Londonun tarixi Somerset House binasında keçirilib və Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol