“Supermen” haqqında kitab rekord qiymətə satılıb

19:00 | 08.04.2021
Ötən əsrin 30-cu illərində ABŞ-da çap olunmuş, bununla da "Supermen" adlı personajı bəşəriyyətə bəxş etmiş "Action Comics #1” yumoristik kitabı onlayn hərracda 3,25 milyon dollara satılıb. Bu, onun 2018-ci ildəki alış qiymətindən 1,25 milyon dollar çoxdur.

"Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, bu kitabın başqa nüsxəsi 2014-cü ildə hərracda 3,2 milyon dollara realizə edilmişdi. Kitab "Supermen"in mənşəyi, başqa planetdən dünyaya necə gəlməsi haqqında oxuculara məlumat verir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM