• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Suriyaya gedənlər barədə sensasiya - VİDEO

Suriyaya gedənlər barədə sensasiya - VİDEO
30.01.2014 23:30
ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin sözlərinə görə, Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfər döyüşür, onların 7 mini Avropa dövlətlərindən gəlibDünya  ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper senatın Kəşfiyyat komitəsi qarşısında verdiyi hesabatda Suriyada döyüşən əcnəbilərlə bağlı sensasion açıqlama verib. Ceyms Klepper "Əl-qaidə" qruplarının terrorçular hazırlamaq və onları sonradan öz ölkələrinə yollamaq üçün xüsusi təlim düşərgələri Suriyada yaratdıqlarını bildirib. Klepper Suriyada Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfərin döyüşdüyünü, onların 7 minə qədərinin Avropa dövlətləri də daxil olmaqla 50 müxtəlif ölkədən olduğunu bildirib. ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, artıq Amerika və Avropa ölkələrindən olan xeyli sayda əcnəbi döyüşçü öz vətənlərinə qayıdıb. Suriyaya döyüşmək üçün gedənlərin qarşısını almaq üçün tədbirlər görülür.Daxili İşlər Nazirliyindən verilən məlumata görə Suriyaya gedənlərin böyük əksəriyyəti təhsil almaq, işləmək, turist və ziyarət adı ilə ölkədən çıxırlar. Onlar qanuna zidd əməl törətməyiblərsə, barəsində məhkəmə istintaqı aparılmırsa, o zaman polisin həmin şəxsi saxlamaq səlahiyyəti yoxdu. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, Dövlət Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağının bildirib. Suriyaya döyüşmək üçün gedənlərlə bağlı verilən fətvadan sonra bəzi radikal dini məzhəblər Qafqaz Müsəlmanları İdarəsinin belə bir fətva vermə səlahiyyəti olmadığına dair fikirlər səsləndirirlər. Din xadimləri isə hesab edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dindarların fikirlərini nəzərə alır və bu fətvalar şəriət qaydalarına əsaslanır. Ona görə də Qafqaz Müsəlmanları idarəsinin tam olaraq belə bir fətva vermə səlahiyyəti var. Bütün Qafqazın Şeyxi də etiraf edir ki, qurumun verdiyi bu fətvadan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə, hətta özünə qarşı da təzyiqlər olacaq. Çünki verilən bu fətva radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Dindarlar hesab edirlər ki, Azərbaycanda radikal dini cərəyanların ciddi sosial dayağı yoxdur. Onlar ölkəmizdə kiçik qruplaşma halında fəaliyyət göstərirlər və əsas məqsədləri də öz fəaliyyətlərini genişləndirməklə Azərbaycandakı dini tolerantlıq mühitinə zərbə vurmaqdır. Ekspertlər hesab edirlər ki, ona görə də radikal dini cərəyanlar ayrı- ayrı din xadimlərini hədəfə almağa cəhd edirlər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
Dünya 23:15
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Dünya 22:36
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Hava şarı yandı -Ölən və yaralılar var
Dünya 22:11
Hava şarı yandı -Ölən və yaralılar var
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Dünya 22:05
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Dünya 22:01
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Dünya 21:54
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 21:38
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Dünya 20:56
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Dünya 20:44
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol