• $
  • £

Şuşada elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək

Şuşada elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək
16.11.2023 14:22
Şuşa şəhərində kiçiktutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

Onun sözlərinə görə, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq.
 
"Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”, - Aydın Kərimov əlavə edib.

Aydın Kərimov qeyd edib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq.

"Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”, - o vurğulayıb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 17:24
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 15:30
Sabah çimərliklərdə hava necə olacaq?
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Cəmiyyət 14:52
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
Cəmiyyət 14:33
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 13:47
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Cəmiyyət 12:02
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Cəmiyyət 11:10
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Cəmiyyət 10:30
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol