Misir Ərəb Respublikasının Luksor şəhərinədə 15-17 fevral tarixlərində təşkil olunan "Luxor Open" başa çatıb.Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə böyüklərdən ibarət milli komandamız 3 qızıl, 3 bürünc olmaqla ümumilikdə aktivinə 6 medal yazdırıb.Millinin üzvləri Mikayıl Əliyev (-54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova (-67 kq) qızıl medal qazanaraq yarışın qalibi olub.Digər taekvondoçularımızdan Samir Aydınov (-54 kq), Ramin Əzizov (-80 kq) və Radik İsayev (-87 kq) isə G-2 dərəcəli turniri bürünc medalla başa vurub.Komanda hesabında isə millimiz 2-ci yerə layiq görülüb.Milli komanda sabah Vətənə dönəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !