Tanınmış müğənni İbrahim Borçalının qaynatasının evini soyublar.
Azmedia.az xəbər verir ki, Buta.ws saytına açıqlama verən müğənni bildirib ki, hadisə iki gün əvvəl axşam baş verib:
"Hadisə Xətai rayon, Gəncə prospekti 69 ünvanında, daha dəqiq desək qaynatamın evində baş verib. Bu gün ailəmizdə toydur, toyun 16 min dəyərində olan qızıllarını, 2 min dollar pulu oğurlayıblar. Hadisəni Xətai rayon polis idarəsi araşdırır", - deyə müğənni bildirib.
Fotoları təqdim edirik
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !