Tarixin ən qəddar 10 cani qadını - SİYAHI

12:16 | 17.04.2014
Tarixin ən qəddar 10 cani qadını - SİYAHI

Tarixin ən qəddar 10 cani qadını - SİYAHI

Adətəndünyadakı böyük cinayətləri törətmiş insanların siyahısında əksəriyyətkişilərdən ibarət olur. Bu siyahıda isə biz sizə dünyanın ən dəhşətlicinayətlərini törətmiş on qadın haqda məlumat verəcəyik. 
10) Kraliça Mari -(1516-1558)
Tüdorlarsülaləsinin nümayəndələrindən biri olan kraliça Mari İngiltərədəprotestanlıqdan katolikliyə keçidi zor gücü ilə reallaşdırmağa çalışanbiri kimi yadda qalıb. İngiltərə tarixində "Marinin zülm dövrü" kimiadlandırılan zaman kəsimində xeyli insan protestant olduqları üçün edamedilib və bu edamlar Mariyə "Qanlı Mari" ləqəbini qazandırıb.İngiltərənin ən zəngin 800 insanı onun dövründə ölkəni tərk edib vəyalnız ölümündən sonra geri dönə biliblər. 5 il hakimiyyət sürən Mari1558-ci ildə xərçəngdən ölüb. Ondan sonra taxta çıxan birinci Elizabetölkəni yenidən protestanlığa qaytarıb. 
9)  Mira Hayndl (1942-2002)
1960-cıillərin ortalarında törətdiyi cinayətlərə görə İngiltərənin nifrətiniqazanmış qadın. Sevgilisi Len Bredi ilə birlikdə uşaq oğurluğucinayətləri törətməklə bərabər, biri 16, digəri 17 yaşında olan gənclərəişgəncə verib. 12 yaşından aşağı uşaqların zorlanması, işgəncəverilməsi onun törətdiyi cinayətlər sırasındadır. 
Cütlükilk qətlini 1963-cü ildə törədib. Daha sonra isə qurbanlarının sayınıartırıblar.  36 il həbs cəzasına məhkum edilən Mira 2002-ci ildə, 60yaşında ölüb. Adı ölkəsində hələ də nifrətlə anılmaqdadır.
8) Birinci İzabella (1451-1504)
İspaniyainkvizasiya tarixinin ən qanlı simalarından biri olan kraliça İzabellahəm də məşhur səyyah Xristofor Kolumbun hamisi sayılırdı. 
O,31 mart 1492-ci ildə yəhudilərin və müsəlmanların məcburi köçününəzərdə tutan "Əlhamra qərarnaməsi"ni qəbul edib. Buna görə təxminən 200min insan İspaniyadan qovulub, qovulmayanlar isə dinini dəyişdirməliolub. Lakin buna qədər daha çox sayda insan kraliçanın əmri ilə edamedilmişdi. 
7) Bevelli Alit (1968)
"Ölümmələyi" ləqəbli Bevelli İngiltərənin ən çox tanınan qatillərindənbiridir. Tibb bacısı olaraq bir xəstəxanada çalışan Alit 4 uşağıöldürmək və 3-nü yaralamaq ittihamı ilə həbs olunub. O, imkan tapdıqcauşaqlara insulin və ya potasium vuraraq infarkta səbəb olur, buna imkanolmadıqda öz niyyətini onları boğmaqla həyata keçirirdi. 
Cinayətlərinə üçün törətdiyi haqda heç bir sualı cavablamayan Alitin davranışlarıMunhauzen Proksi sindromu ilə əlaqələndirildi. Bu sindorumun göründüyüinsanlar diqqət çəkmək üçün adətən öhdəliklərində olan insanlara fizikizərərlər yetirirlər.
6) Bella Qunnes (1859-1931)
Amerikanıntanınmış qatillərindən olan Norveç mənşəli bu qadın iki ərini, onlardanolan uşaqlarını, sevgililərini öldürüb və heç bir zaman tutulmayıb.Cinayətlərinin səbəbi çox bəsit idi, qurbanlarının sağlıq sığortaları,mal-mülkləri, qiymətli əşyaları və onun etdiyi cinayətlərə şahidolmaları. Bella qəzetə evlilik elanı verir və ər namizədlərini adətənzəhərləmək yolu ilə öldürürdü. Rəsmi və qeyri-rəsmi məlumatlara görə,onun 10 il içində öldürdüyü adamların sayı 100-dən çox olub.
5) Mari Ann Kotton (1832-1873)
Qunnesdən30 il öncə yaşamış bir qatil.  20 yaşında Uilyam Movbrayla evlənən Mariailəsi ilə birlikdə Devona köçür. Beş uşağından dördü mədə ağrısı iləvəfat edir. Ardından şimala köçən Mari dünyaya üç uşaq da gətirir, əriisə 1865-ci ildə bağırsaq ağrısından ölür. Buna görə Mari həyatsığortası şirkətindən 35 min funt qazanır. Daha sonrakı əri və uşaqlarıda eyni xəstəlikdən öləndən sonra yerli mətbuat Marinin izinə düşür vəməlum olur ki, Mari tez-tez yer dəyişir və üç əri, bir sevgilisi, birdostu və 12 uşağı eyni xəstəlikdən ölüb. 
Marihəbs edilir və 1873-cü ildə arsen işlətmə cinayət törətmə ittihamı iləedama məhkum olunur. Ona qarşı nifrət o qədər güclü olub ki, həttatarixə "Qara dul" ləqəbi ilə keçən bu qatilin cəlladı qadına duyduğunifrətdən dolayı onun ölümünü tezləşdirmək üçün verilməsi gərəkəndamlanı verməyib və o əzab içində ölüb. 
4) İlse Koç (1906-1967)
"Buhenvaldifritəsi" ləqəbli qatil. O 1937-1941-ci illərdə Buhenvaldın və1941-43-cü illər arası isə Majdenak ölüm düşərgələrinin rəisi işləmişKarl Koçun arvadı olub. İlse əlində olan sonsuz imkanlardan yararlanaraqməhkumlara qarşı sadist əməllər törədib. O öldürdüyü əsirlərinbədənlərindəki döymələri kəsib saxlayırdı. Müharibədən sonra həbsolunub. 135 insanın ölümünə səbəb olan İlse 1967-ci ildə həbsxanadaözünü asıb.
3) İrma Qris (1923-1945)
Digərnasist təfəkkürlü bu qadın isə Ravensbrük, Osvensim və Belsen-Bergenölüm düşərgələrində çalışıb. Osvensimə göndəriləndən az sonra düşərgədəən böyük ikinci qadın məmur olub. Onun öhdəliyində 30 min yəhudi qadınvar idi. İrma yarıac köpəkləri qadınların üzərinə buraxdırır, onlarıcinsi zorakılıqlara məruz qoyur, qaz kameraları üçün məhkumlar seçirdi.Əsirlərə fiziki və pisxoloji təzyiq etməkdən xoşlanan İrma gözəlliyindəndolayı "Ölüm mələyi" ləqəbini qazanıb. O, 1945-ci ildə birlikdəmühakimə olunduğu 11 nəfərlə birlikdə asılıb. 
2) Katerina Knayt (1956)
Ömürlükhəbsə məhkum edilən ilk avstraliyalı qadın olaraq tarixə düşüb. O2001-ci ildə boşanma məhkəmələri hələ də davam edən ərini ön və arxahissədən 37 dəfə bıçaqlayıb, sonra isə dərisini soyaraq otaqdan asıb.Bununla kifayətlənməyən qadın onun ətini doğrayaraq soyuducuyayerləşdirib və ondan uşaqları üçün yemək hazırlamaq istəyib. Lakinpolisin hadisədən xəbər tutması ona əngəl olub. 2006-cı ilə qədər davamedən məhkəmədən sonra ona ölüm hökmü verilib. 
1) Elizabet Batori (1560-1614)
Macarıstanvə dünya tarixinin ən dəhşətli qatillərindən biri. Elizabet BatoriSejte qəsrində yaşayan bir zadəgan idi. O, yoxsul ailələrdən olanqızları yaxşı maaşlı iş təklifi ilə qəsrinə gətizdirir və sonra buqızlardan heç birindən xəbər alınmırdı. Qurbanlarını uzun müddət döyür,işgəncə verir və onların ölümünü izləməkdən həzz alırdı. O, 1585 və1610-cu illər arasında ən az 650 qadını işgəncədən keçirib öldürmüşdü.Törətdikləri əməllər ortaya çıxandan sonra elə öz qəsrinə həbs edildi.O, yemək verilmək üçün yalnızca balaca bir dəliyi olan otağa salındı vəüç il sonra aclıqdan öldü. 
Təsdiqlənməyənrəvayətlərə görə, o həm də öldürdüyü qadınların qanlarında çimməyin onucavan saxladığını düşünür və tez-tez bu cür vanna qəbul edirmiş.(musavat.com)
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM