Tbilisidə "xruşşovka"lar söküləcək

09:50 | 27.11.2013
Tbilisidə "xruşşovka"lar söküləcək

Tbilisidə "xruşşovka"lar söküləcək

“Tbilisidəki “xruşşovkalar” vaxtında sökülməsə, həmin binalarda yaşayan 130 min əhali evsizlik problemi ilə üzləşəcək”. Anspress xəbər verir ki, bunu Tbilisi şəhər sovetinin sədri İrakli Şixiaşvili deyib. Onun sözlərinə görə, 2014-cü ilin fevralından başlayaraq yaşayış evlərinin möhkəmlənməsinə başlanılacaq. “75 binanın layihə işləri üçün elan edilən tender bu yaxınlarda sona çatacaq, sonra isə 50 binanın tenderinə start veriləcək. Mən Çexiyada bu işləri görmək üçün bəzi iş adamları ilə görüşdüm. Onlar dekabrın 2-də Tiflisə gələcək. Biz əsasən iki istiqamətdə iş görmək istəyirik. Birincisi, köhnə Tbilisinin bərpası və qorunması, ikincisi isə “xruşşovkalar”dan azad olunması planını həyata keçirəcəyik. Bütün bu işlər üçün şəhər soveti 35 milyon larinin ayrılmasını nəzərdə tutur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM