Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq beynəlxalq şahmat turniri təşkil olunacaq.Bu barədə Azərbaycan Respublikasının İrandakı Səfirliyindən bildirilib.
Turnir Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə may ayının 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə baş tutacaq.
Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !