Tehrandakı Azərbaycan səfirliyi nə zaman açılacaq? - Nazirdən açıqlama

15:56 | 28.12.2023
Tehrandakı Azərbaycan səfirliyi nə zaman açılacaq? - Nazirdən açıqlama

Tehrandakı Azərbaycan səfirliyi nə zaman açılacaq? - Nazirdən açıqlama

Tehranda Azərbaycan səfirliyində terror törədən şəxs cəzasın aldıqdan sonra Azərbaycan səfirliyin açılaması haqqında qərar verə bilər. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"İranda bizim səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Ciddi risk var idi. Hadisədən sonra səfirlik əməkdaşları təxliyə edilib. Biz İran tərəfi ilə bu məsələni dəfələrlə müzakirə etmişik. Cinayəti törədən ən sərt formada cəzasın almalıdır. Azərbaycana zəmanət verilməlidir. Başlanmış prosesin nəticlərini gözləyirik. Nəticələrə uyğun olaraq qərar veriləcək. Gözlənilən nəticələr olarsa səfirlik açılacaq", - nazir dekabrın 28-də jurnalistlər üçün illik mətbuat konfrasında bildirib.
 
Dekabrın 25-də İranın xarici işlər nazirinin sözçüsü Naser Kənani deyib ki,  Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb.
 
Oktyabrın 9-da XİN rəsmisi vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyi açılması ilə bağlı konsensus var  və tezlikdə səfirlik işini bərpa edəcək.
 
Tehranda Azərbaycan səfirliyində terror aktını törədən şəxslə bağlı İran məhkəməsi tərəfindən yekun qərar qəbul edilməyib. 
 
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı 


 

 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti