Təhsil müəssisələrində qida təhlükəsizliyi məsələsinə 1 milyon manat vəsait xərclənəcək

12:37 | 14.08.2024
Təhsil müəssisələrində qida təhlükəsizliyi məsələsinə 1 milyon manat vəsait xərclənəcək

Təhsil müəssisələrində qida təhlükəsizliyi məsələsinə 1 milyon manat vəsait xərclənəcək

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən təhsil müəssisələrində sanitariya gigiyena və qida təhlükəsizliyinin təmin edilməsi xidmətlərinə 1.042.884 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi isə Azərbaycan Qida Təhlükəsizliyi İnstitudur. 
 
Elm və Təhsil Nazirliyi qida təhlükəsiziyi məsələsini pilot layihəsi kimi bağçalarda isti yeməklərin verilməsi ilə icra edir. 
 
Belə ki, Bakının 8 rayonunda bütün bağçalara pilot layihə kimi isti yeməklər verilir
 
Martda Ombusdman Səbinə Əliyeva Milli Məclisdə hesabat verərkən bildirib ki, məktəblərdə və bağçalarda qida rasionuna diqqət artırılmasına ehtiyac var bə bu istqamətdə aiddiyatı qurumlar tərəfindən vaxtında bəzi hallarda vaxtsız monitorinqlər keçirilməlidir.  
 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, bağçalara nazirlik tərəfindən isti yeməklərin verilməsi ilə bağlı pilot layihəyə başlanılıb.
 
 Hazırda bağçalarda qida rasionu Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
 
Gülnar 
 

 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM