(Təhsil nazirliyinin mövqeyi əlavə olunub)
15:48
15:48
Təhsil Nazirliyində planşaldıra və proqnozlaşdıra sıfır səviyyəsindədir. Bunu millət vəkili Musa Qasımlı Milli Məclisin cümə günü keçirilən iclasında çıxışı zamanı bildirib.
"Elm və Təhsil naziri buradadır. Bir məsələni diqqətə çəkmək istəyirəm. Bir neçə il öncə Yardımlının bir kəndində dövlət büdcəsi və Heydər Əliyev Fondu tərəfindən məktəb tikildi. Amma sonradan həmin məktəb bağlandı. Bu da onu göstərir ki, təhsil nazirliyinin planlaşdıra və proqnozlaşdırması sıfıra bərabərdir. Bu həm də sosial siyasətin yerlərdə pis işləməsindən xəbər verir. Belə olan halda da dövlətin büdcəsi havaya sovruldu. Bunu edən insanlar dövlətin və hökumətin qarşısında cavab verməlidir.
Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev mətbuat konfrasında bildirib ki, hazırda Azərbaycanda 800-ə yaxın qəzalı məktəb var və həmin məktəblər mərhələli şəkildə təmir olunacaq.
------
Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yalnış təəssürat yaradıb.
Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4- 5 şagird təhsil alıb.

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !