Təhsildə təmayülləşmə şagirdlərin beyinlərinin yorulmamasına xidmət edəcək - AÇIQLAMA

10:00 | 12.06.2015
Təhsildə təmayülləşmə şagirdlərin beyinlərinin yorulmamasına xidmət edəcək - AÇIQLAMA

Təhsildə təmayülləşmə şagirdlərin beyinlərinin yorulmamasına xidmət edəcək - AÇIQLAMA

Azərbaycan Respublikası təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən başlayaraq 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib.

Təmayülləşmə prosesi ölkəmizdə ilk dəfə olaraq bu qədər kütləvi hal alıb. Bu prosesin təhsil sisteminə hansı xeyirləri olacaq? Təmayülləşmə prosesi dünya praktikasında sübut olunubmu? Təmayülləşmə sisteminin şagirdlərin bilik səviyyəsinə hansı faydaları olacaq?

ANN.Az saytı təhsil sistemində təmayülləşmənin 50 məktəbə tətbiq olunması ilə əlaqədar təhsil ekspertlərinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Təhsil eksperti Əjdər Ağayev təmayüllü məktəblərin hələ sovet dövründən olduğunu deyib. Bu məktəblərdə təmayül yalnız 10-11-12-ci siniflərdə yox, əvvəldən təşkil olunurdu: "Yəni şagird hansı sahə üzrə ixtisaslaşırdısa o təmayüllü məktəbə də qoyulurdu. O vaxtı  Kimya-Biologiya, Fizika-Riyaziyyat, Xarici dillər, İdman təmayüllü məktəblər var idi. Artıq belə məktəblərdə fənnlər ümumiləşdirilib keçirilir, yəni məhz bir ixtisas üçün tədris olunmur. Bu günlərdə belə məktəblərin sayı azdı. Təmayüllü məktəblərdə təhsil prosesində o təmayül hansı fənlərdən idisə, həmin fənlərə dərs saatlarını daha çox ayırırdılar. Ümumi fənləri daha az, təmayüllə daha çox üstünlük verirdilər”. 

Ə.Ağayev onu da qeyd edib ki, təmayüllü məktəbləri bitirənlər digər məktəblilərdən savad baxımdan fərqlənməyi bacarırlar: "Hazırda tanıdığımız siyasətçilər və təhsil, elm işçiləri, dövlət xadimlərinin əksəriyyəti məhz həmin təmayüllü məktəblərin məzunlarıdır. Artıq təhsil həmin dövrdəki təhsil sisteminə qayıdır, yəni 12 – illik təhsil sisteminə keçmək üzrədir. Artıq dünya praktikasında da təmayülləşmə 10-11-12-ci siniflərdə aparılır”.

Təmayülləşmənin təhsil sistemi üçün faydasının çox olduğunu bildirən ekspert hələ ki 50 məktəb üzrə təmayülləşməs sisteminin tətbiq olunacağını xatırladıb: "Bu artıq təhsilin inkişafının əsas göstəricisidir. Artıq ali məktəbə hazırlaşan şagird gələcəkdə hansı ixtisasda təhsil almaq istədiyini dəqiq müəyyənləşdirəcək. İndi isə abituriyentlər ali məktəbə qəbulda imtahan verirlər, bal toplayır ixtisax seçimi edirlər, topladıqları bal hansı ixtisas çatırsa, ora qəbul olurlar, amma sonra təhsil almağa başladıqda bu ixtisasda təhsillərini davam etdirməkdən boyun qaçırırlar. Buna görə də təmayülləşmənin aparılması təhsil sistemində böyük üstünlükləri olacağından xəbər verir. Yəni hansı ixtisası istəyirsənsə, təmayüllü məktəbi bitirmiş şagird o ixtisas üzrə də qəbul imtahanında daha böyük müvəffəqiyyət əldə edəcək. Bu da gələcəkdə iş yerləri üzrə daha yaxşı ixtisaslaşmış kadrların olacağının ən bariz nümunəsidir”. 

Mövzu ilə bağlı açıqlama verən digər təhsil eksperti İlham Əhmədov təmayülləşmənin aparılmasının digər müsbət tərəfini qeyd edib: "Bu sistemin tətbiqi şagirdlərin beyinlərinin daha çox yüklənməsinin qarşısını alacaq. Yəni şagird daha çox bir istiqamətə doğru yönələcək. Və bu istiqaməti daha yaxşı mənimsəyib daha böyük uğur əldə etməyi planlaşdıra biləcək. Bu profilləşmə şagirdlərin gələcək təhsil sistemində də müsbət rol oynayacağını göstərir. Təmayyülləşmə prosesinin aparılması sovet vaxtında daha böyük əhəmiyyətə malik idi. O vaxt təmayüllü məktəblər daha çox idi. Rusiya bu təhsil üçün xüsusi müəllim, laboratoriyalar, kurslar təşkil olunur ki, həmin müəllimlər bu kurslarda təhsillərini daha yaxşı təkmiləşdirsinlər, daha müəkkəməl təhsil versinlər”.

Təmayülləşmə prosesi belə kütləvi hal alıbsa, artıq Rusiyada keçirilən bu proseslərə ölkəmizin də başlamalı olduğumuzu deyən ekspert, bu işlərin sürətlə həyata keçirilməsini alqışladığını vurğulayıb: "Yəni təmayülləşmə üçün xüsusi kurslar təşkil edilməlidir ki, həmin məktəblərdə tədris olunacaq fənnlərdən daha yaxşı tədris olunsun”.


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM