• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Tələbələr ödənişsiz çek-ap müayinəsindən yararlana biləcəklər

Tələbələr ödənişsiz çek-ap müayinəsindən yararlana biləcəklər
29.01.2025 09:55
Təhsilin İnkişafı Fondu və "Referans Medical Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fonddan verilən məlumata görə, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və "Referans Medical Group”un direktoru Elgiz Dadaşov imzalayıblar.

İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Elnur Nəsibov vurğulayıb ki, TələbəPlus layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Sədr bu təşəbbüsün tələbələrin sağlamlıqla bağlı ehtiyaclarını qarşılamaq üçün yeni imkanlar yaratdığını və onların həyat keyfiyyətinin artırılmasına dəstək olduğunu bildirib. Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində tələbələr təkcə təhsil deyil, həm də sağlamlıq baxımından mühüm imkanlar əldə edirlər.

"Referans Medical Group”un direktoru Elgiz Dadaşov şirkətin tələbələrin rifahına töhfə vermək üçün daim yeni təşəbbüslər həyata keçirdiyini diqqətə çatdırıb. Tələbələrin sağlamlığının həmişə prioritet olduğunu bildirən direktor, Təhsilin İnkişafı Fonduna təşəkkürünü edib və bu əməkdaşlıq vasitəsilə tələbələrin "Referans Medical Group”un təqdim etdiyi güzəşt və fürsətlərdən yararlana biləcəklərini vurğulayıb.

İmzalanmış müqaviləyə əsasən tələbələr TələləPlus kartı ilə "Referans Medical Group”un ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edə biləcəklər. Eyni zamanda, tələbələr Bakıda yerləşən bütün filiallarda ildə bir dəfə olmaqla ödənişsiz çek-ap müayinəsindən yararlanmaq imkanı əldə edirlər.

Çek-ap-a aşağıdakı xidmətlər daxildir:

* Terapevt müayinəsi

* Görmənin yoxlanması

* Boy, çəki, bədən kütlə indeksi monitorinqi

* Ağciyərlərin rentgen müayinəsi

* Qarın boşluğu USM

* Qanın ümumi analizi

Qeyd: Çek-ap müayinəsi ilə bağlı öncədən qeydiyyat mütləqdir və çağrı mərkəzi ilə *0033 nömrəsi vasitəsilə əlaqə saxlanılmalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son bir gündə 15 nəfər şaxtalı hava yıxılıb - Rəsmi
Cəmiyyət 09:37
Son bir gündə 15 nəfər şaxtalı hava yıxılıb - Rəsmi
Aeroport şosesində yolun buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirdi - NİİM
Cəmiyyət 08:48
Aeroport şosesində yolun buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirdi - NİİM
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol