Televiziyalarda ədəbi dil məsələsi müzakirə ediləcək

14:57 | 07.11.2013
Televiziyalarda ədəbi dil məsələsi müzakirə ediləcək

Televiziyalarda ədəbi dil məsələsi müzakirə ediləcək

Noyabrın 8-də Teleradio kanallarında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələrinə dair konfrans keçiriləcək. ANN.Az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri müzakirə olunacaq. Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun  "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında həyata keçirilib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb